Braziliya ayda təxminən 8 milyon doza "Sputnik V" peyvəndi istehsal etmək niyyətindədir

6-06-2021, 09:51           
Braziliya ayda təxminən 8 milyon doza "Sputnik V" peyvəndi istehsal etmək niyyətindədir
Braziliya ayda Latın Amerikasına ixrac edilə biləcək təxminən 8 milyon doza koronavirusa qarşı "Sputnik V" peyvəndi istehsal etmək niyyətindədir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Braziliyanın Rusiya Federasiyasındakı səfiri Tovar da Silva Nunes bildirib.

Səfir deyib: "Bildiyiniz kimi, artıq Braziliyada "Sputnik V" peyvəndinin istehsalına başlamışıq. Peyvəndin yalnız Braziliyada icazə verilən həcmdə istifadəsindən başqa, digər ölkələrə, məsələn Latın Amerikası dövlətlərinə tədarükünü təmin etmək mümkün olacaq. Hesab edirəm ki, istehsal iyun və iyul aylarında irəlilədikcə, [əczaçılıq şirkəti] "Uniao Kimika"dan oyrəndiyimə görə, ayda ən azı 8 milyon doza [peyvənd] əldə ediləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru