Zelenski jurnalistlərə kabab bişirdi - Fotolar

6-06-2021, 16:25           
Zelenski jurnalistlərə kabab bişirdi - Fotolar
Ukrayna Prezidenti Vladimir Zelenski, “Jurnalistlər Günü” münasibətilə açıq havada media nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkədə məlumat verib və fotoları yayıb.

Qeyd edək ki, Ukraynada hər il 6 iyun “Jurnalistlər Günü” kimi qeyd olunur.

Prezident paylaşımında belə yazır:

“Jurnalistlərin peşə bayramında onlarla bir gün keçirdim. Bu dəfə öz əlimizlə kabab bişirdik, əla hava və həmişə olduğu kimi mehriban bir atmosfer. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım oldu. Bu cür görüşlərin artıq yaxşı bir ənənəyə çevrilməsi xoşdur".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru