“Kliçko” əməliyyatı: Çex polisi ukraynalıları saxladı

6-06-2021, 18:27           
“Kliçko” əməliyyatı: Çex polisi ukraynalıları saxladı
Çexiyanın Pardubitse şəhərində ölkəyə qanunsuz ucuz işçi qüvvəsi gətirən ukraynalılardan ibarət qrup saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “İdnes” portalı məlumat yayıb.

“Biz özünü rəis adlandıran dəstənin başçısını, ailə üzvünü və daha iki nəfəri saxlamışıq. Həmin şəxslər Çexiyaya işçi qüvvəsi daşıyırdılar”, - müstəntiq Ondjey Starıy deyib.

“Kliçko” adı verilən əməliyyatda 100-ə yaxın polis və 50-dən artıq gömrük əməkdaşı iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.