Böyük Britaniyada koronavirusa yenidən "ALOVLANIR"

20-06-2021, 09:23           
Böyük Britaniyada koronavirusa yenidən "ALOVLANIR"
Böyük Britaniyada koronavirusa yoluxmada artım müşahidə olunur. Ölkədə virusun Delta növünün surətlə yayılması narahatlıq doğurur.

Publika.az xəbər verir ki, Krallıqda son 24 saat ərzində 10 mindən çox insan koronavirusa yoluxub, 11 nəfər həyatını itirib. London İmperial Kolleci tərəfindən aparılan araşdırma zamanı, ölkədə pandemiyanın yayılmasına səbəb kimi gənclərin hələ də peyvənd olunmaması göstərilib.

Tədqiqatçılar epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün gənclərə peyvənd vurulmasının vacib olduğunu açıqlayıblar.

Bununla bərabər, ölkədə 42 milyondan çox adama peyvəndin 1-ci dozası, 30 milyondan çox adama isə 2 doza vurulub.

Qeyd edək ki, Britaniyada artan yoluxma hallarına görə karantin qaydalarının ləğvi 4 həftə təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru