Co Baydeni ölümlə hədələyən amerikalı həbs edilib

23-06-2021, 00:09           
Co Baydeni ölümlə hədələyən amerikalı həbs edilib
ABŞ-da prezidenti ölümlə hədələyən şəxs həbs edilib. Azvision.az xəbər verir ki, Oklahoma sakini olan 58 yaşlı Con Arens Co Baydeni, konqresmenləri və onların ailələrini ölümlə təhdid edən mesajlar göndərməkdə günahlandırılır.

Arens may ayından başlayaraq iyuna qədər yerli telekanal KOTV-nin (Newson6) poçtasına xüsusi mesajlar göndərib. Qeyd edirmiş ki, əgər ona pul ödənməsə, ölkə başçısı da daxil olmaqla bir sıra vəzifəli şəxslərin həyatına son qoyacaq.
Arens Talsadakı evində tutulub. Ədliyyə Nazirliyindən bildirilib ki, o dindirmə zamanı mesaj göndərdiyini etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru