Ayvazyandan Qriqoryanın ittihamlarına - Cavab

23-06-2021, 00:07           
Ayvazyandan Qriqoryanın ittihamlarına - Cavab
Ermənistanın istefa verən xarci işlər naziri Ara Ayvazyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ittihamlarına cavab verib.

"Qafqazinfo"nun erməni mediasına istinadən məlumatına görə, sabiq nazir Qriqoryanın dediklərini gülünc adlandırıb:

"Mən bu gülünc ittihamlara və mənə qarşı hücumlara cavab verməyəcəyəm. Həmin müddət ərzində kimin nə etdiyi ilə bağlı hər şey sənədləşdirilir və qeydiyyata alınır. Xatırlatmaq istəyirəm ki, istefama bir həftə qalmış Baş nazir kabinet iclasında XİN-in səmərəli işindən yüksək səviyyədə danışmışdı".

Xatırladaq ki, Armen Qriqoryan bundan əvvəl Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə günahlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru