Çin dünyanın ən böyük şist neft yatağını kəşf edib
23-06-2021, 21:12
Çinin neft nəhəngi sayılan CNPC şirkəti tərəfindən ölkə ərazisində dünyanın ən böyük şist neft yatağı kəşf olunub.
Teref.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, yataq Çinin Qənsu vilayətində tapılıb.
Çin işlənməsinə iki il əvvəl başlayan yeni bir yataq sayəsində neft idxalından asılılığın artımını dayandıra biləcək. Bu gün ölkənin neft istehlakının əksər hissəsi (70%) digər ölkələrin tədarükündən asılıdır.