Pentaqon Suriyada hərbi bazanın atəşə tutulmasını təkzib etdi

5-07-2021, 07:06           
Pentaqon Suriyada hərbi bazanın atəşə tutulmasını təkzib etdi
Pentaqon Suriyada ABŞ-ın hərbi bazasının raket atəşinə tutulmasına münasibət bildirib.

“Report”un məlumatına görə, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Ueyn Marotto xəbəri təkzib edib:

“ABŞ-ın Suriyadakı qüvvələrinin bu gün raket hücumuna məruz qaldıqları barədə məlumatlar həqiqətə uyğun deyil” - Marotto tvitterdə yazıb.

Al Arabiya bildirib ki, Suriyanın şimal-şərqində, Deyr əz-Zor əyalətindəki “Əl Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-ın hərbi bazası raket atəşinə tutulub. Raket hücumu zamanı baza ərazisinə ən azı iki reaktiv mərmi düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru