Kanadanın qərbində meşə yanğınları 79 min hektar əraziyə yayılıb

5-07-2021, 07:14           
Kanadanın qərbində meşə yanğınları 79 min hektar əraziyə yayılıb
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində anormal istilərdən qaynaqlanan meşə yanğınlarının sayı son sutkada 136-dan 180-ə yüksəlib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 3 mindən çox insan, aviasiya və xüsusi texnika cəlb olunub. Bölgəyə 350 Kanada Silahlı Qüvvələri əsgər və zabiti gətiriləcək.

Yanma sahəsi 79 min hektardan çox əraziyə yayılıb. 1,3 mindən çox evin sakinləri evakuasiya göstərişi alıblar, yaxın gələcəkdə bu say minə çata bilər.

Daha əvvəl bildirilib ki, meşə yanğınları keçən həftə Kanada tarixində istilik rekordunun qeydə alındığı (49,6 dərəcə) kiçik Lutton qəsəbəsini tamamilə məhv edib. Təxminən min sakin ərazini tərk etməyi bacarıb, ən az iki nəfərin ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru