Dibeybədən çağırış: Güzəşt edin!

5-07-2021, 08:45           
Dibeybədən çağırış:
Liviya Siyasi Dialoq Forumunu 24 dekabr tarixinə təyin olunmuş seçkilərin uğurlu keçməsi üçün güzəştlərə getməyə çağırıram.

Axar.az xəbər verir ki, bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybə deyib.

Dialoq Forumunu millətin ali maraqlarını şəxsi və regional maraqlardan üstün tutmağa çağıran Dibeybə hökumətin seçkilər üçün maliyyə ayıracağını və lazımi hazırlıqlar apararaq dəstək verəcəyini söyləyib.

O, hakimiyyətin seçki yolu ilə ötürülməsi prinsipinin dəstəklənməsini istəyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) yol xəritəsi çərçivəsində 24 dekabrda Liviyada yeni hökuməti seçmək üçün seçkilər keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru