İlon Mask: “Tesla” mənə çox əzab yaşadıb”

23-07-2021, 08:08           
İlon Mask: “Tesla” mənə çox əzab yaşadıb”
“Həyatımda yaşadığım əzabların üçdə ikisini “Tesla” şirkətini idarə etdiyimə görə yaşamışam”.

CNBC-nin məlumatına görə, bu sözləri “Tesla” şirkətinin rəhbəri İlon Mask deyib.

Onun sözlərinə görə, öz həyat enerjisini “Tesla” brendinin yaranmasından bu yana ona sərf edir. Bu müddət ərzində kompaniya pandemiyaya görə çatdırılmaların dayandırılması, avtomobillərin öz-özünə alışması, alıcıların şikayətləri kimi problemlərlə qarşılaşıb.

“Biz çox pis vəziyyətdə qaldıq. Tarixdə səhvlər az olmayıb. Ancaq “Tesla”da biz hər zaman yaxşı oğlanlar olmaq istəyirik”, - deyə İ.Mask deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.