Alman kəşfiyyatının şok “patı” məlumatı

28-07-2021, 09:01           
Alman kəşfiyyatının şok “patı” məlumatı
Son günlər “patı” bəlası əsas müzakirə mövzularından biridir. Bu məhsulun ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər var.

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevirlən “patı” Xankəndidə hazırlanır. Alman kəşfiyyatının bununla bağlı dəqiq informasiya əldə etdiyi bildirilir. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar.

Mənbənin bildirdiyinə görə, Xankəndidə “Patı” istehasl edib Azərbaycana ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər.

Mənbə bildirib ki, əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.

Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir.

Mənbə
xeberxetti.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru