Erməni katalikosdan etiraz: - Spikerin əli havada qaldı

2-08-2021, 16:19           
Erməni katalikosdan etiraz: -
Bu gün Ermənistanın yeni, 8 -ci çağırış parlamentinin ilk iclasında maraqlı hadisə yaşanıb. Azvision.az ​xəbər verir ki, Parlamentin yeni rəhbərliyi formalaşana qədər onun iclasına ən yaşlı deputat olan Ermənistan Kürd icmasının parlamentdəki təmsilçisi Knyaz Həsənov sədrlik edib.
Parlamentin iclasına bütün ermənilərin katalikosu II Qaregin və prezident Armen Sarkisyan da qatılıb. Həsənov prezidentə və katolikosa təşəkkür edərək onlarla sağollaşarkən II Qaregin saymamazlıq göstərib. Millət vəkilinin əli havada qalıb, katolikos onunla əl sıxmadan parlament zalını tərk edib.
Yerli media bunu katalikosun Nikol Paşinyanın yenidən baş nazir seçilməsinə etiraz addımı kimi qəbul edib.

Qeyd edək ki, Ermənistan parlamentinin 8-ci çağırışı 107 deputatdan ibarədir. Parlamentdə "Mülki müqavilə" partiyası 71, müxalifət bloku olan "Hayastan" 29, "Mənim şərəfim var" bloku isə 7 yerə sahibdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru