Space X: Yerin orbitinə çıxan ilk xüsusi, mülki astronavt qrupu

22-09-2021, 10:53           
Space X: Yerin orbitinə çıxan ilk xüsusi, mülki astronavt qrupu
Dörd həvəskar astronavt üç gün kosmosda olduqdan sonra Atlantik Okeanına uğurla eniş edib. Bu, Yerin orbitinə çıxan ilk xüsusi, mülki qrupdur.

Astronavt qrupu­na missiya komandiri vəzifəsini icra edən “Shift 4 Payments Inc” e-ticarət firmasının baş direktoru 38 yaşlı mil­yarder Jared İsaakman rəhbərlik edib.

“Time” jurnalının məlumatına görə, “Crew Dragon”dakı dörd oturacaq üçün milyarder həmkarı Elon Maska, təxminən, 200 milyon dollar məbləğində vəsait ödəyib.

İsaakmanla birlikdə kosmos səyahətinə tanımadığı üç şəxs qatılıb: geofizik və keçmiş NASA astronavt namizədi 51 yaşlı Sian Proktor, feldşer və uşaqlıqda sümük xərçəngindən xilas olan 29 yaşlı Hailey Arsenault və Hərbi Hava Qüvvələri veteranı, aerokos­mik məlumat mühəndisi 42 yaşlı Kris Sembrosky.

Bu səfər Elon Mask şirkətinin kosmik turizm bazarında yeni bir mərhələdir. Missiya lideri Todd Erikson mətbuat konfransında kos­mosa səyahətin bundan sonra adi şəxslər üçün daha əlçatan olacağı­nı bildirib.
Mənbə: Xalqqazeti.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.