Baydenin BMT-də çıxışı zamanı diqqət çəkən detal - FOTO

22-09-2021, 11:14           
Baydenin BMT-də çıxışı zamanı diqqət çəkən detal - FOTO
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, onun danışığı zamanı İsrail heyətinə ayrılan yerlərin boş qalması diqqət çəkib.

Bu, Baydenin İsrail və Fələstin barədə çıxışı vaxtına təsadüf edib.

Diqqət çəkən fotonu “Associated Press”dən Eduardo Munoz çəkib.

Qeyd edək ki, Bayden Orta Şərqdə anlaşılmazlıqların həlli üçün şiddətin ilk çarə olmadığını deyib.

“Müstəqil İsrail dövlətinə dəstəyimiz açıqdır. Ancaq İsrailin demokratik yəhudi dövləti olaraq gələcəyinin formalaşdırılması və demokratik bir Fələstin dövləti üçün ən yaxşı yol iki dövlətli həll yoludur. İndi bu həll üçün uzun bir yolumuz var, ancaq təslim olmamalıyıq”, - ABŞ lideri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru