İmran Xan Talibana şərtini açıqladı: “Yalnız bu halda tanıyacağıq”

22-09-2021, 16:23           
İmran Xan Talibana şərtini açıqladı: “Yalnız bu halda tanıyacağıq”
Pakistan Baş naziri İmran Xan Talibanın Əfqanıstanda əhatəli hökumət quracağı, insan haqlarına hörmət edəcəyi və bu ölkənin ərazisini terror mərkəzi olaraq istifadə etməyəcəyi təqdirdə onu tanıyacaqlarını söyləyib.

Xan tanınma qərarının İran, Özbəkistan və Tacikistan kimi digər dövlətlərlə birlikdə veriləcəyini bildirib.

Talibanın qız uşaqlarının təhsil almasını yasaqlamasına toxunan Pakistan baş naziri qeyd edib ki, bu, islami qaydaya uyğun deyil.

Əfqanıstanda orta məktəblər keçən həftə açılıb, ancaq taliblərin əmri ilə siniflərə yalnız oğlan şagird və kişi müəllimlər qayıda biliblər. (Teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru