Fransa digər ölkələrə göndəriləcək peyvəndlərin sayını artıracaq

26-09-2021, 10:31           
Fransa digər ölkələrə göndəriləcək peyvəndlərin sayını artıracaq
Fransa yoxsul ölkələrə əvvəlcədən vəd ediləndən iki dəfə çox vaksin göndərəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə Fransa 120 milyon doz tədarük edəcək ki, bu da əvvəlcədən vəd ediləndən iki dəfə çoxdur.

"Ədalətsizlik, digər qitələrdə aşılama nisbətlərinin çox aşağı olmasıdır. Afrikada əhalinin yalnız 3 faizi aşılanır. Fransa dozaların sayını iki dəfə artırmağa qərarlıdır", - Fransa prezidenti Emanuel Makron bu barədə danışarkən vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru