Makron jurnalisti məhkəməyə verdi

27-09-2021, 00:06           
Makron jurnalisti məhkəməyə verdi
Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit şəxsi həyata müdaxiləyə görə jurnalist Tibo Dalifardı məhkəməyə veriblər.

Axar.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata görə, o, təxminən iki həftə ərzində Fransa prezidentlərinin, həmçinin Emmanuel Makronun Yelisey Sarayının qarşısındakı istirahət yerlərindən fotoşəkillər sərgiləyib.

Sərgidə Makronun çimərlik geyimində fotosu yerləşdirilib. Həmçinin Fransanın keçmiş prezidentləri Fransua Olland, Jak Şirak və Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni ilə çəkilmiş fotoşəkilləri də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru