İngiltərədə ərzaq qıtlığına çarə: Minlərlə şəxsə viza veriləcək

27-09-2021, 07:22           
İngiltərədə ərzaq qıtlığına çarə: Minlərlə şəxsə viza veriləcək
Britaniyada Milad yaxınlaşdıqca ölkədəki tədarük böhranı daha qabarıq şəkildə özünü göstərəcək.

Bunun qarşısını almaq məqsədilə xarici ölkələrdən 5000 yük avtomobili sürücüsü və 5500 toyuqçuluq sektoru əməkdaşına müvəqqəti viza veriləcək.

Müvafiq məlumatı ölkənin Nəqliyyat Nazirliyi yayıb.

Vizaların ilin sonunadək qüvvədə olacağı bildirilib.

Qeyd edək ki, Britaniyada Breksit sonrası bir sıra peşə sahiblərinin, o cümlədən də yük avtomobil sürücülərinin çatışmazlığı yaşanır.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru