Rusiyada rekord sayda COVID ölümləri qeydə alınıb

27-09-2021, 07:29           
Rusiyada rekord sayda COVID ölümləri qeydə alınıb
Rusiyada son yeddi gün ərzində 5682 nəfər koronavirusun qurbanı olub.

Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək həftəlik göstəricidir.

Ölkədə yoluxma hallarının sayı da artıq ikinci həftə ardıcıl olaraq artır. 20-26 sentyabrda 145 985 nəfər COVID-ə tutulub ki, bu da ötən həftə ilə müqayisədə 8.5% çoxdur.

Qeyd edək ki, son 24 saatda ölkədə 22 498 nəfərin koronavirus testi müsbət çıxıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.