Donald Trampdan ilginc sözlər: “O, soyuqqanlı qatildir, Ərdoğan isə...”

6-10-2021, 12:49           
Donald Trampdan ilginc sözlər:
“ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünya liderləri ilə görüşərkən daha çox siyasətlə birbaşa əlaqəsi olmayan mövzularla maraqlanırdı”.

Teleqraf.com xəbər verir ki, bunu Trampın keçmiş mətbuat katibi Stefaniya Qrişam öz xatirələrində yazıb.

Qrişama görə, eks-prezident tez-tez tabeliyində olan işçilərindən dünya liderlərindən hansının daha soyuqqanlı və sərt olduğunu müqayisə etmələrini xahiş edib.

“Bir dəfə Tramp məndən görüşlərdə kimin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yoxsa Çin lideri Si Cinpinin daha sərt olduğunu soruşdu. Mənə baxdı. Bir fotonu mənə göstərib soruşdu ki, Stefaniya kim daha soyuqqanlıdır: Si, ya bu adam? Gülümsəyən Ərdoğana baxdı”, - Qrişam qeyd edib.

Qrişam o an doğru sözü tapa bilmədiyini deyib: “Bilmirəm, cənab. Amma Türkiyə prezidentinə işarə edərək, “olduqca soyuqqanlı görünür” dedim”.

Tramp isə bununla razılaşmayıb:

“Əslində, Si daha sərtdir. Mən onu hərəkət edəndə görmüşəm, soyuqqanlı qatildir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru