AB müdafiə strategiyası ilə bağlı Borrelə tapşırıq verdi

6-10-2021, 13:09           
AB müdafiə strategiyası ilə bağlı Borrelə tapşırıq verdi
Avropa Birliyi liderləri Sloveniyadakı qeyri-rəsmi sammitdə AB-nin baş diplomatı Jozep Borrellə AB-nin müdafiə strategiyası üzərində fəaliyyətini davam etdirmək tapşırığı verib.

Axar.az xəbər verir ki, Borrell sənədi noyabrda AB müdafiə nazirlərinin iclasında təqdim etməlidir.

Qeyri-rəsmi sammitdən sonra jurnalistlərə açıqlama verən Borrell ümumi strategiyanın önəmli olduğunu bildirib:

“Avropalılar ümumi strategiya yaratmalı, toqquşduğu çağırışlara qarşı birgə mübarizə aparmalıdır. “Strateji kompas”da məhz bundan söhbət gedir. Avropa Şurası mənə fəaliyyəti davam etdirmək tapşırığı verib ki, onu noyabrda müdafiə nazirlərinin iclasında təqdim edim”.

Qeyd edək ki, AB liderlərinin qeyri-rəsmi sammitini Avropa Şurasının Prezidenti Şarl Mişel çağırmışdı.

AB artıq bir neçə ildir “Strateji kompas” adını alan müdafiə və təhlükəsizlik sahəsində ümumi strategiya hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru