Kimya üzrə Nobel Mükafatını bu şəxslər aldı - ADLAR

6-10-2021, 15:24           
Kimya üzrə Nobel Mükafatını bu şəxslər aldı - ADLAR
Nobel Komitəsi asimmetrik orqanokatalizin tədqiqinə və molekulların sintezi üçün yeni metodun kəşfinə görə 2021-ci il Kimya Mükafatını verib.

Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, mükafatı tədqiqatçılar - Benjamin List və David Makmillan alıblar.

Mükafatlandırma mərasimi, keçən il olduğu kimi, onlayn olaraq baş tutacaq. Nobel medalı və diplomuna əlavə olaraq elm adamları 10 milyon kron alacaqlar.

Jennifer Dudna və Emmanuell Şarpantye keçən il CRISPR / Cas9 genom redaktə üsulunu inkişaf etdirdikləri üçün kimya mükafatını əldə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru