Kəşfiyyat zabitləri hərbi bloka sızdılar - Rusiyaya gözlənilməz zərbə

7-10-2021, 12:38           
Kəşfiyyat zabitləri hərbi bloka sızdılar -
NATO kəşfiyyatçı olduqları səbəbiylə Rusiya missiyasından 8 nəfərin akkreditasiyasını ləğv edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, NATO rəsmisi Rusiyanın təcavüzkar davranışlarına qarşı cəsarətli cavab veriləcəyini və müdafiənin gücləndiriləcəyini bildirib, eyni zamanda dialoqa açıq olduqları mesajını verib.

NATO rəsmisi Rusiyanın alyansdakı missiyasının 8 üzvünün kəşfiyyat zabiti olduğu üçün akkreditasiyasının ləğv edildiyini açıqlayıb. O, akkreditə olunmuş rusiyalı nümayəndələrin sayının 20-dən 10-a endirildiyini bildirib.

NATO-nun bu qərarına münasibət bildirən Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutskin Moskvanın buna cavab verəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru