Əsgərlərin "Bozqurd salamı" Tehranı narahat edib – “Bu açıqlama həmin qorxudan xəbər verir”

7-10-2021, 11:47           
Əsgərlərin "Bozqurd salamı" Tehranı narahat edib –
"Əli Nikzadın sözləri məni təəccübləndirmədi. Çünki o Rəisiyə yaxınlığı ilə tanınan biridir. Onun sözlərin mahiyyəti odur ki, İran Cənubi Azərbaycandakı soydaşlarımızın Bakıya dəstəyindən narahatdır”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Ərdəbildən olan deputat Əli Nikzadın "ölkənin şimal-qərbində yaşayan türklər fitnə və ixtilafların əsirinə çevrilməyəcəklər” sözlərini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Ərdəbili təmsil edən deputatın dilindən belə bir açıqlamanın verilməsi Tehranın qorxularından xəbər verir və Azərbaycanla sərhəddə keçirilən təlimlərdə əsgərlərin Bozqurd salamı bu qorxunun ciddi əsasının olduğunu göstərir:

"İstisna deyil ki, İran cənubdakı soydaşlarımıza qarşı repressiv addımlarını genişləndirəcək. Azərbaycanda baş verən hər şeyi beynəlxalq platformalara çıxaran bəlli qruplar indi diqqətlərini cənuba yönəltsə, imkanlarını Arazın o tayındakı azərbaycanlılar üçün istifadə etsə, yaxşı olardı. Cənublu soydaşlarımız bu proses qarşısında təmkinli olmalı, ehtiyatı əldən verməməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.