İran mediası İsrailli biznesmenə sui-qəsd sifarişindən yazdı: Azərbaycanlı killerin planı
7-10-2021, 12:18

Kiprin yunan hissəsində israilli biznesmenin öldürülməsi iddiaları İran mediasında da əksini tapıb.
Yenisabah.az xəbər verir ki, “Fars News” Teddi Saqiyə sui-qəsd barədə informasiyalarla manipulyasiya edildiyini bildirib. Agentliyin məlumatına görə, qumar biznesi ilə sərvət qazanmış Saqinin rus ortaqları ilə maliyyə mübahisələri varmış. “Mossad” iş adamını gözlənilən sui-qəsd barədə xəbərdar edib və o, həftənin əvvəlində yaşadığı Kiprdən İsrailə qaçıb.
Rusiya pasportu ilə Kirprə gəldiyi iddia olunan 38 yaşlı azərbaycanlı killer İsrail mediasının da gündəmindədir.
İsrail Baş naziri Naftali Bennettin sözçüsü Matan Sidi Bazar ertəsi günü bunun “İran terroru olduğunu və qatilin xüsusi olaraq Saqini deyil, İsrail iş adamlarını hədəf aldığını” bildirib.
“Philenews” saytı (İsrail) Kirpdə həbs edilən muzdlu qatilin polisə verdiyi ifadələrdə yalnız Ayya-Napada iki maşını kirayəyə götürdüyünü söyləməkdən başqa heç bir suala cavab vermədiyini yazıb.
Kipr polisinin şübhələrinə görə, azəraycanlı killerin hədəfi Saqi deyil, onun ada-dövlətdəki şirkətinin yüksək səviyyəli rəhbərlərindən biridir.
Polis muzdlu qatilin İranla bağlılığına dair iddianı təsdiqləməyib.
Azərbaycan-Rusiya mənşəli şəxs hədəfi məhv etdikdən sonra elektrikli skuterlə Kiprin türk tərəfinə keçməli imiş. Müşahidə kameralarına düşərkən o, heç bir şübhə yaratmayıb.
Kiprin yunan hissəsində anonim killerin yaşayış yeri müəyyən olunmayıb. Onun Şimali Kiprdə mənzil kirayələdiyi zənn edilir.
Polis killerin şimaldakı ortaqları ilə ünsiyyət qurub-qurmadığını öyrənmək üçün telefon məlumatlarını və son gün harada olduğunu müəyyənləşdirməyi planlaşdırır.