Fransa 5 milyon vaksin oğurlayıb – Şok ittiham

7-10-2021, 16:32           
Fransa 5 milyon vaksin oğurlayıb – Şok ittiham
İngiltərə Fransanı 5 milyon doza “AstraZeneca” vaksinini oğurlamaqda ittiham edib.

Axar.az xəbər verir ki, məlumata görə, Britaniyanın Niderlanddan sifariş verdiyi “AstraZeneca” peyvəndləri ölkəyə çatdırılmayıb. Britaniyalılar peyvəndlərin ölkəyə gətirilməsinə Fransanın əngəl yaratdığını bildiriblər.

Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makron mart ayında AB ölkələrinin başçıları ilə birlikdə İngiltərəyə vaksin göndərilməsinin qarşısının alınması üçün plan qurub. Makron iddia edib ki, guya “AstraZeneca” peyvəndlərinin təsiri zəifdir.

Avropa Birliyi də öz növbəsində Britaniyanı verdiyi sözü tutmamaqda günahlandırıb. Rəsmi Brüssel iddia edib ki, London bu ilin ilk rübündə 120 milyon doza vaksin istehsalından imtina edib.

Böyük Britaniya Avropa Birliyinin bu planını çirkin oyun adlandırıb və baş verənləri müharibə aktı ilə müqayisə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru