Gürcüstanda rəzalət: - Saakaşvili həbsxanada niyə “sındırılır”?

7-10-2021, 18:35           
Gürcüstanda rəzalət: -
Rustavi həbsxanasının rəhbərliyi Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə yataq döşək verməkdən imtina edir.

Cebhe.info-nun məlumatına görə, sabiq dövlət başçısı vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında belə deyib.

Bu gün səhər saatlarında “Gürcüstan Naminə” hərəkatının liderlərindən olan fəal Nika Narsiya özünün “Facebook” səhifəsində qeyd edib ki, məhbusa verilmiş yeganə döşək çox nazik olduğundan Mixail Saakaşvili gödəkçədə yatmalı olur.

“Əldə etdiyimiz məlumata görə, Gürcüstanın üçüncü prezidenti həbsxanada gödəkçələrin üstündə yatır. Bilirsiniz niyə? Olduqca nazik döşək dəmir taxta presləndiyindən sınmış halda oyanırsan. Gürcüstanın üçüncü prezidentindən fərqli olaraq, bütün məhbuslar əlavə döşək istəyirlər və onlara verilir”, - Narsiya belə yazıb.

Eks-prezidentin vəkilləri hesab edirlər ki, həbsxana rəhbərliyi məhbusla görüşməyi və telefon danışığını qadağan edərək onun hüquqlarını pozur. Bundan başqa, Mixail Saakaşvilinin məlumat boşluğunda olduğu qeyd edilir. Çünki tələb olunan televizizor hələ də onun saxlandığı kameraya gətirilməyib.

Eks-prezidentin tərəfdarları hesab edirlər ki, bu yolla hakimiyyət Mixail Saakaşviliyə psixoloji təzyiq göstərməyə və onu mənəvi cəhətdən sındırmağa çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.