Rusiyanın beynəlxalq ehtiyatları 600 mlrd. dolları ötüb

7-10-2021, 20:15           
Rusiyanın beynəlxalq ehtiyatları 600 mlrd. dolları ötüb
Bu ilin oktyabrın 1-nə Rusiyanın beynəlxalq ehtiyatları 614,122 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 30,696 mlrd. dollar və ya 5,3% çoxdur.

"APA-Economics"in verdiyi məlumata görə, təkcə sentyabrda isə ehtiyatlar 0,7% və ya 4,06 mlrd. dollar azalıb.

Qeyd edək ki, oktyabrın 1-nə ölkənin beynəlxalq ehtiyatlarının 74,2%-i xarici valyutanın, 20,9%-i qızılın, 0,8%-i isə Beynəlxalq Valyuta Fondundakı ehtiyat mövqeyinin payına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru