“Saakaşvilinin həbsi Gürcüstana mənfi təsir göstərəcək”

15-10-2021, 10:38           
“Saakaşvilinin həbsi Gürcüstana mənfi təsir göstərəcək”
Kiyev şəhərinin meri Vitaliy Kliçko Gürcüstan rəhbərliyini Mixail Saakaşvilini azadlığa buraxmağa çağırıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Kliçko Saakaşvilinin həbsxanada saxlanılmasını ədalətsiz qərar adlandırıb.

“Saakaşvilini barmaqlıqlar arxasında saxlamaq düzgün deyil və ədalətsizlikdir. Onun azadlığa buraxılması üçün hüquqi həll yolları tapılmalıdır. Belə ki, Mixailin həbsxanada qalması Gürcüstana müsbət haldan daha çox mənfi təsir göstərəcək. Bunu Gürcüstanı sevən və onu daim dəstəkləyən bir şəxs olaraq deyirəm”, - deyə Kliçko öz feysbuk hesabında qeyd edib.

Kliçko əlavə edib ki, Saakaşvili Gürcüstan və postsovet məkanı üçün tarixi şəxsiyyətdir. Eyni zamanda ölkədə bir sıra islahatlar keçirib, dünyada Gürcüstanın nüfuzunu dəyişib.

Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-i səkkiz ildən sonra Gürcüstana qayıdıb. Keçmiş Prezident elə həmin gün saxlanılıb. O, özünü siyasi məhbus hesab edir və aclıq aksiyası keçirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.