“Tesla” bu ilin üçüncü rübündə rekord gəlir və qazanc əldə edib

21-10-2021, 14:52           
“Tesla” bu ilin üçüncü rübündə rekord gəlir və qazanc əldə edib
Amerikanın “Tesla Inc” avtomobil istehsalçısı 2021-ci ilin üçüncü rübündə rekord gəlir və qazanc əldə edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hesabat dövrü ərzində kompaniyanın xalis gəliri 1,6 milyard dollar təşkil edib, mənfəəti 57 faiz artaraq 13,8 milyard dollara çatıb. Ötən ilin analoji dövründə bu göstərici 8,8 milyard dollar olub.

Maliyyə direktoru Zak Kirkhorn mətbuat konfransında çıxış edərkən çip və avtomobil komponentlərinin çatışmazlığı, həmçinin təchizat problemləri səbəbindən zavodların tam gücü ilə işləmədiyini deyib: “İnsanlar “Tesla” avtomobilləri almaq istəyir, lakin biz istehsalı buna uyğun sürətlə artıra bilmirik”.

Amerikanın avtomobil istehsalçısı üçüncü rübdə 241,3 min elektrokar satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz çoxdur.

Kompaniyanın elektrokar istehsalı ilə məşğul olan bölməsinin gəliri 12,06 milyard dollar, günəş panelləri və elektrik enerjisinin saxlanılması üçün məhsulların istehsalı da daxil olmaqla, energetika biznesindən gələn gəliri 806 milyon dollar, avtomobillərin servisini həyata keçirən bölməsinin gəliri isə 894 milyon dollar təşkil edib.

Qeyd edək ki, ilin əvvəlindən bəri kompaniyanın bazar kapitallaşması 22,7 faiz artaraq 855,6 milyard dollara çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru