Rusiya İslam Ordusundan qorxub geri çəkildi - Belə deyirlər...

16-03-2016, 21:00           
Rusiya İslam Ordusundan qorxub geri çəkildi - Belə deyirlər...
Suriyalı müxalif komandirlər, Rusiyanın Suriyadakı hərbi varlığını azaltmasındaki əsas səbəbləri açıqlayıb.

Avropa.info xəbər verir ki, müxaliflər Rusiyanın geri çəkilməsini rejimin sahədəki müvəffəqiyyətsizliyi, bəzi regional güclərin müdaxilə təhdidi və əməliyyatların Rusiyaya gətirdiyi iqtisadi yüklə əsaslandırıblar.

Əhraru-Şam qruplaşmasının ümumi komandanı Əbu Yusuf əl-Mühacir Rusiyanın Suriyadakı hərbi varlığını azaltmasına dair verdiyi açıqlamada, bu qərarın onlar üçün sürpriz olmadığını, atəşkəsin başlandığı gündən bu yana bu yöndə hazırlıqlar gördüklərini söyləyib.

Rus hava hücumlarının azalmasının da bunun bir əlaməti olduğunu söyləyən əl-Mühacir Rusiyanın, rejim güclərinin qurudakı imicindən ta əvvəldən narazı olduğunu müdafiə edərək sözlərinə belə davam edib:

"Rejim qüvvələri edilməsi lazım olanları edə bilmir və təyin olunan hədəflərə yetişə bilmirdi. Əməliyyatların özü ilə gətirdiyi iqtisadi yük də Rusiyanın işini çətinləşdirdi"

əl-Mühacir bundan sonra da Rusiyanın hava hücumlarının azalacağına və hücumlarının böyük nisbətdə dayanacağını düşündüklərini söyləyib.

Azad Suriya Ordusunun (OSO) Cənub Cəbhəsinin komandirlərindən olan Əbu Ayhan əl-Əçir də Rusiyanın hərbi qüvvələrini azaltması haqda qəbul etdiyi qərarlara şübhə ilə yanaşdıqlarını bildirib.

"Rusiya yalnız Suriyadan çəkiləcəyindən danışır. Rejimə olan dəstəyini dayandırmaqdan isə heç bəhs etmir. Rusiyanın çəkilmək haqda qəbul etdiyi qərarda həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və 20 ölkənin iştirakı ilə təşkil edilən hərbi təlimlər zamanı verilən mesajlar da öz rolunu oynayır."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.