NATO-da Ukraynanın təşkilata qəbulu ilə bağlı konsensus yoxdur

15-11-2021, 10:39           
NATO-da Ukraynanın təşkilata qəbulu ilə bağlı konsensus yoxdur
NATO ölkələri hələ ki, Ukraynanın təşkilata daxil olub-olmaması ilə bağlı konsensusa gələ bilməyiblər. AzVision.az xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, ölkə NATO üzvü olmaq üçün müəyyən standartlara cavab verməlidir: “Biz onlara (Ukraynaya – Red) korrupsiya ilə mübarizədə kömək edirik, lakin (təşkilatın – Red) 30 üzvü ortaq fikrə gəlməlidir və NATO-da hələlik konsensus yoxdur”.

Stoltenberq Şimali Atlantika Alyansının Ukrayna ilə əlaqələri gücləndirdiyini qeyd edib, lakin bu ölkənin təşkilatın nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan beşinci maddəsinə tabe olmadığına aydınlıq gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru