Niderland kraliçasının açıq-saçıq geyimi müzakirələrə səbəb oldu - FOTO/VİDEO

16-11-2021, 07:03           
Niderland kraliçasının açıq-saçıq geyimi müzakirələrə səbəb oldu - FOTO/VİDEO
Niderland kraliçası Maksima ölkəsində violonçel ifaçısı Harriet Krayqın konsertinə açıq-saçıq geyimdə qatılıb. O dərin dekolteli, üzərində çoxlu qızılı haşiyəli və dairəvi kəsiklər olan mavi rəngli maksi uzun paltarda ictimaiyyət qarşısına çıxıb.

Kraliçanın görünüşü mediada çoxsaylı müzakirələrə səbəb olub.

Belə ki, bəziləri onun imicinə heyran qalıb. “Həmişə olduğu kimi gözəl!”, “Çox maraqlı paltardır”, “Gözəl qadın”, “Qeyri-adi dizayn”, “Maraqlı geyimdir və vulqar deyil”, “Həmişəki kimi gözəl”, - deyə onu tərifləyiblər.

Eyni zamanda, digər istifadəçilər Maksimanın geyimini tənqid ediblər.

“Uzun müddət ərzində ən pis görüntü!”, “Dəhşətli paltardır, o bunu geyinəndə nə düşünürdü?”, “Qorxu filmlərinə bənzəyir”, “Maksimanın stilistini dəyişdirin”, “Çox qorxunc” – deyə istifadəçilər onun geyimindən narazılıqlarını bildiriblər.




Mənbə: Daily Mail












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.