Ukraynada vaksinasiyadan keçənlərə pul mükafatı veriləcək – VİDEO

16-11-2021, 07:44           
Ukraynada vaksinasiyadan keçənlərə pul mükafatı veriləcək – VİDEO
Ukraynada koronavirusa qarşı vaksinin hər iki dozasını vurduran şəxslərə pul mükafatı veriləcək. Bunu ölkə prezidenti Vladimir Zelenski “Telegram” kanalındakı videomüraciətində bildirib.

Onun sözlərinə görə, dekabrın 19-dan start götürəcək proqram çərçivəsində vaksinasiyasını tamamlayan şəxslərə 1000 qriven (təxminən 64 manat) ödəniləcək.

Bu vəsaitdən yalnız idman, kino zalları, teatr və muzeylərə səfər üçün istifadə edilməsi mümkün olacaq. Bununla da, pandemiyadan ən çox əziyyət çəkən sektorlara dəstək veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru