Makron Fransa bayrağını dəyişdirib

16-11-2021, 08:54           
Makron Fransa bayrağını dəyişdirib
Fransa prezidenti Emmanuel Makron dövlət bayrağındakı göy rəngin çalarını dəyişdirib. Dövlət başçısı yeni çaların daha samballı göründüyünü və 1793-cü ildəki bayrağın rənginə daha uyğun olduğunu bildirib.

Ölkə mətbuatında yayılan xəbərlərə görə, dəyişiklik hələ ötən ilin iyul ayında baş tutub. Lakin bu barədə ölkə ictimaiyytinə məlumat verilməyib. Bununla yanaşı, ölkənin müxtəlif yerlərində asılmış bayraqların dəyişdirilməsilə bağlı da heç bir göstəriş verilməyib.

Hazırda yeinlənmiş Fransa bayraqları Yelisey sarayı, Milli Assambleya və DİN-in qarşısında dalğalanır.

Mənbə: “Europe1”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru