Ukrayna, Fransa və Almaniya Donbasla bağlı razılığa gəldi
16-11-2021, 09:47
Ukrayna, Almaniya və Fransa xarici işlər nazirləri Donbasda təhlükəsizliyi müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
Onun sözlərinə görə, üçtərəfli görüş zamanı “Normand formatı”nın (Rusiya, Almaniya, Ukrayna və Fransa) qorunub saxlanılması ilə bağlı razılığa gəlinib.