ABŞ və Çin liderlərinin onlayn görüşü nəticəsiz başa çatıb
16-11-2021, 12:20
ABŞ və Çin liderləri arasında onlayn görüş üç saatdan çox davam edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Bildirilib ki, görüş qarşılıqlı hörmət şəraitində keçsə də, ikitərəfli münasibətlərdə heç bir irəliləyiş olmadı: "Vaşinqton bu görüşün dönüş nöqtəsinə çevriləcəyini gözləmir”.