Ukrayna ombudsmanına Saakaşviliyə baş çəkməsinə icazə verilməyib

16-11-2021, 12:54           
Ukrayna ombudsmanına Saakaşviliyə baş çəkməsinə icazə verilməyib
Ukraynanın insan haqları üzrə müvəkkili Lyudmila Denisovaya Tbilisidə türmə xəstəxanasında olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini ziyarət etməsinə icazə verilməyib.

“Report”un yerli bürosu xəbər verir ki, ombudsman imtinanın səbəbi barədə rəsmi izahat almadığını bildirib.

L.Denisova həbsxana rəhbərliyi ilə görüşməyə hazırlaşdığını qeyd edib.

Məsələyə münasibət bildirən Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib ki, Ukrayna ombudsmanının M.Saakaşvilinin yanına buraxılması ilə bağlı öhdəlik yoxdur və buna ehtiyac duyulmur.

Xatırladaq ki, L.Denisova oktyabrın 27-də Gürcüstana səfər edib. Həmin vaxt o, M.Saakaşviliyə baş çəkə bilib. Ötən gün ombudsman Ukrayna vətəndaşının türmə klinikasına köçürülməsini işgəncə adlandırıb.

M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Tbilisinin Qldani həbsxanasının klinikasına yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru