"Hraparak": Erməni tərəfinin ən azı 30 ölüsü var

16-11-2021, 19:45           
"Hraparak": Erməni tərəfinin ən azı 30 ölüsü var
Az əvvəl Ermənistanın "Haykakan jamanak" nəşri məlumat yayıb ki, Zəngəzurda erməni tərəfinin 10 ölüsü, 6 yaralısı var. Ordu.az xəbər verir ki, "Hraparak" nəşri rəsmi məlumatlar ala bilmədiyi üçün aldığı məlumatları yayımlayıb.

Bu məlumatlara əsasən, ölənlərin sayı ən azı 3 dəfə artıqdır, bundan əlavə əsir götürülənlər və yaralılar da var.

Qeyd edək ki, Ermənistan sərhəddə təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Düşmən ağır itki verib. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru