Daha bir ölkədə karantin qaydaları yumşaldılıb

17-11-2021, 08:32           
Daha bir ölkədə karantin qaydaları yumşaldılıb
Koronavirusa qarşı peyvənd olunmayan Çili sakinləri dekabrın 1-dən ölkəni tərk edə biləcəklər.

Artıq Cənubi Amerika respublikasının sakinləri tam olaraq koronavirusa qarşı peyvənd olunsalar və ya səfərin aktuallığına dair sübut təqdim edə bilsələr, ölkəni tərk edə bilərlər.

Çili Səhiyyə Nazirliyi həmçinin Peru, Boliviya və Argentina ilə üç quru sərhəd məntəqəsinin açıldığını açıqlayıb. İndi Çiliyə yalnız təyyarə ilə getmək mümkündür.

Hazırda koronavirusa qarşı peyvənd olunmuş əcnəbilər Çiliyə daxil ola bilərlər. Bu halda, onlar ilk növbədə vebsaytda ərizə təqdim edərək peyvənd sertifikatını təsdiq etdirməlidirlər.

Mənbə: RBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru