Bayden bu ölkənin rəsmilərinin ABŞ-a girişinə qadağa qoydu

17-11-2021, 08:53           
Bayden bu ölkənin rəsmilərinin ABŞ-a girişinə qadağa qoydu
ABŞ Prezidenti Co Bayden Nikaraqua hökumət nümayəndələrinin ABŞ-a girişinə və immiqrasiyasına qadağa qoyan fərman imzalayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu qərar həmin ölkədə insan haqlarının və demokratiyanın pozulması ilə əlaqələndirilib.

“Belə qərara gəldim ki, prezident Daniel Orteqanın başçılıq etdiyi Nikaraqua hökuməti üzvlərinin, o cümlədən onun həyat yoldaşı və vitse-prezident Rosario Murilyonun, bu fərmanda adları sadalanan, demokratik təsisatları sarsıdan siyasət və hərəkətləri həyata keçirən və fayda əldə edən başqalarının immiqrant və qeyri-immiqrant kimi Birləşmiş Ştatlara girişini məhdudlaşdırmaq və dayandırmaq ölkəmizin maraqlarına uyğundur”, - deyə Baydenin fərmanında deyilir.

Qeyd edək ki, ABŞ bundan əvvəl Nikaraquada keçirilən ümumi seçkilərin nəticələrini tanımaqdan imtina edib və ölkə hakimiyyətinə iqtisadi və diplomatik təzyiqləri davam etdirəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru