"Yerə yalnız istirahət üçün gələcəyik" - Ceff Bezos

17-11-2021, 11:34           
"Yerə yalnız istirahət üçün gələcəyik" - Ceff Bezos
Zəngin iş adamlarının gələcəklə bağlı dedikləri dünya ictimaiyyətini daim maraq içində saxlayır.

Unikal.org xəbər verir ki, "Amazon"un qurucusu Ceff Bezos qatıldığı proqramların birində daha bir maraqlı açıqlama verib. O, yaxın gələcəkdə kosmosda həyatın başlayacağını və insanların Yerə yalnız istirahət üçün gedəcəyini bildirib.

Bezos həmçinin də, insanların kosmosda doğulacağını da iddia edib.

“Əsrlər boyu bir çox insan kosmosda doğulacaq, bu, onların ilk evi olacaq. Onlar koloniyalarda yaşayacaqlar, sonra isə siz Milli Parkları ziyarət etdiyiniz kimi onlar da Yer kürəsini ziyarət edəcəklər".

Gülayə Mecid












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru