Dünya İrəvan və Bakının şikayətlərindən yorulub - Nikol

17-11-2021, 19:57           
Dünya İrəvan və Bakının şikayətlərindən yorulub - Nikol
Ermənistan uzun illər Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz hesab edib və Azərbaycanın mövqeyinə qulaq asmayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, nəticədə müəyyən andan etibarən Ermənistanın özünün də mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur.

“İndi sual olunur ki, biz qərar qəbul etmək istəyirik, ya yox. Ermənistan hökumətinin missiyası qərar qəbul etməkdir. Amma deyilənlər o demək deyil ki, hər hansı bir həll bizim üçün məqbuldur. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın daimi şikayətlərindən sadəcə olaraq yorulub. Və kobud desək, hər iki tərəfi nəhayət öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya problem və qayğılarımızla yaşamalıdır? Bəlkə də bəzi problemlərimizi özümüzün həll etməyimizin vaxtıdır. Dünya ictimaiyyəti də bizə təxminən bunu deyir”, – Paşinyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru