Ukrayna hərbçiləri Krım yaxınlığında atəş açdı

18-11-2021, 00:08           
Ukrayna hərbçiləri Krım yaxınlığında atəş açdı
Ukrayna hərbçiləri Krım yaxınlığında aviasiyanın iştirakı ilə təlimlər keçirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələri komandanlığının mətbuat xidməti Facebook-da məlumat yayıb.

Qeyd edilir ki, təlimlərdə tanklar və hərbi aviasiya ilə gücləndirilmiş dəniz piyadalarından ibarət batalyon iştirak edirdi.

Təlimlər zamanı Ukrayna hərbçiləri şərti düşməndən, həmçinin dəniz piyadaları dəstəsindən qorunmaq taktikasını öyrənirdi. Ukrayna tərəfi əsas zərbəni öz üzərinə götürməli və düşmən üçün ölkə daxilində irəliləməyi qeyri-mümkün etməli idi.

Təlimlərin sonunda hərbçilərin qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəldiyi və düşmən qoşunlarının şərti irəliləyişinin dayandırıldığı bildirilib.

virtualaz.org













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru