ABŞ-da festivalda ölümcül izdihama görə 750 milyon dollar məbləğində iddia qaldırılıb

18-11-2021, 09:20           
ABŞ-da festivalda ölümcül izdihama görə 750 milyon dollar məbləğində iddia qaldırılıb
ABŞ-da ölümcül izdihamının baş verdiyi "Astroworld" festivalının 125 iştirakçısı adından qaldırılan iddiada reperlər Trevis Skott və Dreyk, eləcə də festivalda iştirak edən korporasiyalardan 750 milyon dollar ödənilməsi tələb olunur.

Trend-in məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti xəbər verib.

İddiaçılar konsert təşkilatçılarının tədbir üçün təhlükəsiz şərait yarada bilmədiklərini deyiblər. Dreyk konserti dayandırmağa cəhd etməməkdə ittiham olunur. Trevis Skott öz çıxışlarında guya zorakılığa çağırış etməkdə ittiham olunur.

Hadisəni törədən hər iki şəxsin nümayəndələri hələ ki, iddiaya münasibət bildirməyiblər.

Qeyd edək ki, noyabrın 5-də amerikalı reper Trevis Skottun "Astroworld" festivalında çıxışı zamanı yaranan izdihamda on nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru