Benni Qantzın xidmətçisi İran casusu imiş - İstintaq
18-11-2021, 20:47
İsrail Müdafiə naziri Benni Qantzın evində işləyən xidmətçi İranın xeyrinə casusluqda ittiham olunub.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) məlumat yayıb.
“Ümumi Təhlükəsizlik Xidməti ilə İsrail polisinin birgə fəaliyyəti nəticəsində 2021-ci ilin noyabrında müdafiə nazirinin evində təmizlik işləri aparan İsrail vətəndaşı Omri Qoren dindirilmək üçün saxlanılıb. İstintaq nəticəsində məlum olub ki, Omri saxlanılmazdan bir neçə gün əvvəl öz təşəbbüsü ilə sosial şəbəkələrdən biri vasitəsilə İranla əlaqəli bir qurumla əlaqə saxlayıb və nazirin evində işləməsindən istifadə edərək müxtəlif yollarla onlara kömək təklif edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, casus Qantzın kompüterinə zərərli proqramların quraşdırılmasını təklif edib.