ABŞ İran şirkəti və işçilərinə qarşı sanksiyalar tətbiq edib
19-11-2021, 07:15
ABŞ İranın "Emennet Pasargad" kiberşirkətinə və onun altı əməkdaşına sanksiya tətbiq edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nazirliyin Xarici Aktivlər idarəsi 2020-ci ildə ABŞ-da prezident seçkilərinə təsir etməyə cəhd göstərdikləri üçün İran şirkəti və onun işçilərini sanksiyalar siyahısına salıb.