Bayden - Putin danışıqlarının əsas mövzusu açıqlandı

19-11-2021, 05:32           
Bayden - Putin danışıqlarının əsas mövzusu açıqlandı
ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasındakı mümkün danışıqlar zamanı əsas müzakirə mövzuları məlum olub.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, iki lider söhbət zamanı başlıca olaraq Ukrayna və NATO, xüsusən də alyansın Rusiya sərhədləri yaxınlığındakı fəaliyyəti ətrafında fikir mübadiləsi aparacaq.

Peskov prezidentlər arasındakı təmasların müddəti barədə dəqiq tarix bildirməyib. O, danışıqların bu ilin sonunadək baş tuta biləcəyini istisna etməyib.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru