Yaponiya koronavirusdan zərər görmüş iqtisadiyyata fantastik həcmdə vəsait ayırır

19-11-2021, 08:25           
Yaponiya koronavirusdan zərər görmüş iqtisadiyyata fantastik həcmdə vəsait ayırır
Yaponiya koronavirus pandemiyasından zərər çəkən ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədi ilə yeni tədbirlər paketi hazırlayıb.

Bu məqsədlə ölkə iqtisadiyyatına təxminən 78,9 trilyon yen (691,5 milyard dollar) ayrılacaq.

Vəsaitin bir hissəsi özəl investisiyalar hesabına həyata keçiriləcək.

Qeyd olunur ki, vəsaitin həcmi iqtisadçıların gözləntilərindən demək olar ki, iki dəfə artıqdır.

Bu vəsaitlərdən istifadə edərək Yaponiya hökuməti əhaliyə və biznesə iqtisadi dəstəyi artırmaq niyyətindədir.

O cümlədən, Yaponiyada himayəsində 18 yaşınadək uşağı olan ailələrə hər uşağa görə 100 min yen (təxminən 880 dollar) məbləğində müavinət veriləcək.

Mənbə: Kyodo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru